Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
DÜNYA

Fələstin liderinin şok taktikası: milyonlarla silahsız inşa...

<b>Fələstin liderinin şok taktikası: milyonlarla silahsız inşa...</b>

İsrail dövləti qurulduqdan bu yana ən böyük sınaqlardan biri ilə qarşı-qarşıyadır: Qəzza zolağındakı etiraz hərəkatı fələstinliləri 1948-ci ilə qədər yaşadıqları ərazilərə güc yolu ilə qaytarmaq istəyir

Axar.az xəbər verir ki, “Die Velt” alman nəşri hərəkatın təşəbbüsçülərinin söhbət zamanı şiddətli bir qətiyyət nümayiş etdirdiyini yazıb.
Bir qədər sonra Yaxın Şərqdə ən böyük böhranlardan birinin yaranmasına səbəb ola biləcək hərəkatın əsasını cəmi 15 nəfər qoyub.
Məqalədə qeyd edilir ki, Fələstin rəhbərliyinin qeyri-adekvatlığına etiraz olaraq “Böyük qayıdış marşı” komitəsi 45 gün davam etməsi nəzərdə tutulan bir kampaniya başlatdı. Ötən cümə günü yalnız hərəkatın başlanğıcı olmasına baxmayaraq, artıq 2014-cü il müharibəsindən sonra Qəzza zolağında ən qanlı gün kimi tarixə düşməyi bacardı. İsraillə sərhəddə etiraz aksiyalarında onminlərlə insan iştirak etdi. Güc tətbiq edilməsi ilə yaşanan münaqişə zamanı ən azı 16 fələstinli öldürüldü.
Hərəkatın yaradıcılarından biri İssam Hammaddır. Əgər hər şey onun planlarına uyğun şəkildə davam etsə, tezliklə sərhəddə vəziyyət daha təhlükəli xarakter alacaq. Mayın 15-də İsraillə qonşu olan ölkələrdən milyonlarla fələstinli Qəzza zolağında sərhədi keçmək üçün yürüş edəcəklər. Hammad İsraili diplomatik və mənəvi dilemma qarşısında qoyacaq yeni strategiya izləyir. Milyonlarla silahsız fələstinli sərhədə doğru irəliləyəcəyi halda nə etməli? Əgər yəhudilər onların Qəzza sektoruna keçməsinə icazə versə, o zaman məğlub olacaqlar. Əgər onları güc yolu ilə dayandırsa, bu zaman da beynəlxalq mövqeyi sarsılacaq.
Qayıdış hüququ Yaxın Şərq münaqişəsinin ən mühüm problemlərindən biridir. 1948-ci ildə İsrail dövləti yaradılanda 750 min fələstinli yeni dövlətin ərazisindən qaçdı və ya qovuldu. Onlardan təxminən 250 mini Qəzza zolağına çata bildi. Fələstinlilər qaçqın statusunun irsi olaraq ötürüldüyü yeganə millət olduğundan bu gün Qəzza sektorunda təxminən 1.2 milyon qaçqının yaşadığı bildirilir.
“İsrail bu qaçqınların gələcəkdə Fələstin dövlətində yeni bir vətən tapmasını istəyir. Öz ərazilərində milyonlarla düşmənçilik hissi ilə dolu ərəbi yerləşdirmək tələbi yəhudilər üçün milli intihar çağırışı kimi səslənir”, - müəllif bildirib.
Hər hansı partiyanın inandırıcı bir proqramının olmadığı, nepotizm və yanlış siyasətin iqtisadiyyatı pozduğu, bölgəni təcrid etdiyi və inkişaf üçün hər şansın məhv edildiyi Qəzzada Hammadın mesajı böyük bir coşğuya səbəb oldu.
Cümə günü etiraz üçün sərhədə getmək çağırışına 30 min insan qatıldı. Hammad may ayından gec olmayaraq yürüşə milyondan çox insanın qatılacağına ümid edir:
“Biz göstəriş verəcəyik və hamı eyni vaxtda yola çıxacaq. İsrail bizi 70 ildir buxar qazanında saxlayıb. İndi oyun mütləq şəkildə başa çatıb. Ya İsrail bizə öz vətənimizə qayıtmağa icazə verəcək, ya da III Dünya müharibəsi başlayacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv