Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
HADİSƏ

İlham Əliyev liderdir - SORĞU

<b>İlham Əliyev liderdir - SORĞU</b>

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı prezidentliyə namizədlərin reytinqinin, seçici fəallığının müəyyənləşdirilməsi, ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi məqsədi ilə rəy sorğusu keçirib.
Sorğunun nəticələrinə görə, respondentlərin 90,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirib. Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyən respondentlər isə 89,5 - 83,7 faiz olub.
ADİİM sədri Cavid Şahverdiyev mətbuata verdiyi açıqlamasında bildirib ki, ölkənin şimal bölgəsi – Şabran, Siyəzən, Quba, Qusar və Xaçmaz rayonlarının hər birində 100 respondent (ümumilikdə 500 respondent) arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 89,8 faizi aprelin 11-də Azərbaycanda keçiriləcək növbədən kənar prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevə yenidən səs verəcəklərini bildiriblər.
Respondentlər İlham Əliyevə etibar və etimadlarını Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşması, prezidentin həyata keçirdiyi inkişaf proqramları, ölkənin və əhalinin təhlükəsizliyini təmin etməsi, onun regional və dünya miqyasında peşəkar, praqmatik və mahir siyasətçi olması ilə əlaqələndiriblər.
Rəyi soruşanlar İlham Əliyevin yeritdiyi siyasətdə iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi ideyası bütövlükdə müstəqil siyasətin təməlində durduğnun vurğulayıblar. Onların qənaətincə, İlham Əliyev bütün bu məqamları dövlətin suverenliyini təmin etməyə imkan verən səviyyədə vəhdət halında reallaşdırmağa qadir, nəzəri və praktiki qüdrəti olan yeganə siyasətçidir.
Buna görə də respondentlər prezident İlham Əliyev kimi şəxsiyyətin bu dövlətə rəhbərlik etməsini tarixi zərurət kimi qəbul ediblər.
Rəyi soruşulanların 8,2 faizi digər namizədlərə səs verəcəklərini qeyd ediblər, 2 faiz isə seçkidə iştirak etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, ADİİM 2003-cü ildən bəri Azərbaycanda keçirilən prezident və parlament seçkilərində müxtəlif bölgələrdə sorğular keçirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv