Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
DÜNYA

Milli qəhrəmanın açıqlaması: qumbaralı psixopat deyil?

<b>Milli qəhrəmanın açıqlaması: qumbaralı psixopat deyil?</b>

Nadejda Savçenkonun siyasi proqramını elan etməsi ilk dəfə deyil, bundan əvvəl mətbuat konfranslarında da o siyasi planlarını ortaya qoyub

Axar.az xəbər verir ki, bu sözləri Nadejda Saveçenkonun Feysbuk vasitəsilə yaydığı “Ukraynanın siyasi sisteminin dəyişdirilməsi konsepsiyası”na münasibət bildirən politoloq İvan Mezyuxo deyib.
“Bu, ona əlində qumbara ilə Ali Radada dayanan bir psixopat deyil, adekvat bir dövlət siyasətçisi görüntüsünü yaratmaq üçün lazımdır. Aydındır ki, siyasi proqramını elan etməklə Savçenko öz piarını aparır, siyasi simasına diqqət çəkməyə çalışır. O, prezidentlik ambisiyalarını gizlətmir və Ukrayna ictimaiyyətinə seçkilərə qatılacağı siyasi proqramını nümayiş etdirir. Savçenkoda onlara liderlik etmə perspektivi yoxdur, lakin o, bütün bunlardan ictimai platforma, o cümlədən Ukraynanın digər siyasi qüvvələrinin ayrılması üçün istifadə edir”, - politoloq bildirib.
Politoloq həmçinin Savçenkonun yaxın vaxtlarda proqramının digər hissələrini də açıqlayacağını bildirib.
Qeyd edək ki, həbs edilmiş millət vəkili Nadejda Savçenko Feysbuk hesabı vasitəsilə özünün siyasi proqramını yaymışdı.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv