Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Kremldən İrəvana III kredit: “İsgəndər” üçün və Bakıya hədə?

<b>Kremldən İrəvana III kredit: “İsgəndər” üçün və Bakıya hədə?</b>

Moskva Ermənistana üçüncü müdafiə krediti ayırmağa hazırlaşır

11:44
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.
“Bizim mənbələrə əsasən, bu, Rusiyanın Moskvadan silah almaqdan imtina edən, Türkiyə, Pakistan, İsrail və Belarus silahların üstünlük verən Azərbaycana cavab olacaq. Bu kredit əvvəlkilərdən fərqli olaraq faizsiz olacaq. Bunun əsasında əldə edilən “İsgəndər” raket kompleksləri Azərbaycanla sərhəd bölgələrdə yerləşdiriləcək və strateji əhəmiyyətli infrastrukturlar hədəf alınacaq. Ruslar Azərbaycana başa salmağa çalışırlar ki, Bakı onların silahlarının effektivliyi və keyfiyyətini yoxlamaq istəyirsə, o zaman Ermənistan bunu nümayiş etdirə bilər”, – deyə məlaqədə bildirilib.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollar həcmində ilk müdafiə krediti ayırıb. İkinci müdafiə kreditinin bu yaxınlarda verilməsi nəzərdə tutulub. Onun həcminin 100 milyon dollar olması nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv