Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Videolar tərcümə edildi, xaricə göndərildi... – Şeyxə görə

<b>Videolar tərcümə edildi, xaricə göndərildi... – Şeyxə görə</b>

Azərbaycana qarşı aparılan mübarizə paralel şəkildə həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi əleyhinə tirajlanmaqdadır

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Azərbaycan əleyhinə Avropadan idarə olunan, siyasi terrora çağırış edən, qətllər törədəcəklərini bildirən, həmçinin müqəddəs yerləri dağıtmaq iddiası ilə çıxış edən qüvvələri hər zaman pislədiyini vurğulayıb:
“Bu addımlarla bağlı ATƏT-ə daxil ölkələrin əsas dövlətlərinin səfirliklərinə müraciətlər edilib. Həmin şəxslərin Yutub kanalındakı çıxışları tərcümə olunaraq onlara göndərilib, o cümlədən, ATƏT-in Müşahidə Missiyasına da oxşar müraciət ünvanlamışıq. Bütün bunlar cinayət məsuliyyəti yaradan hadisələrdir və həmin qüvvələrdən buna qiymət verilməsi istənilib. Çünki Azərbaycana qarşı aparılan mübarizə paralel şəkildə həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbrəliyi əleyhinə tirajlanmaqdadır. Ölkə xaricində mülklərin, villaların olması məsələsini uydurub konkret bir şəxsi - Şeyx həzrətlərini linç etməyə qalxmaq, onu gözdən salmaq mahiyyət etibarilə şəxsi mübarizə deyil, daha artıq dərəcədə dövlət əleyhinə aparılan mübarizənin tərkib hissəsidir. Tarixə - II Nikolay əleyhinə fəaliyyətin necə həyata keçirildiyinə nəzər salın. II Nikolay həm də kilsənin müqəddəs rəhbərlərindən biri hesab olunurdu. Nə zamann ki onu dini qüvvələrdən ayırdılar və hər birini tək-tək ləkələməyə çalışdılar, o halda imperiya da dağıldı. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, hər birinin vətəndaş mövqeyi və dövlətçilik təfəkkürü, dövlətə münasibətləri var. İnsanları özü-özünü müdafiəyə vadar etməklə onları milli məsələlərdən geri çəkmək məlum Qərb siyasi mübarizələrinin əsas texnologiyasıdır”.
Millət vəkili ictimai mövqedə olan insanları məsələ ilə bağlı real situasiyanı qiymətləndirməyə çağırıb:
“Şeyxin Azərbaycan dövləti və milləti qarşısında böyük xidmətləri var. O, ən müxtəlif tarixi dönəmlərdə prinsipial olub, milli mövqe tutub və hər zaman dövlətçiliyin yanında olub. O biri tərəfdən isə Azərbaycana müxtəlif islami modelləri ixrac etmək istəyən qüvvələrin qarşısında dayanan şəxs olub. Belə olan təqdirdə Şeyxə qarşı aparılan kampaniyanı pisləyirəm və hesab edirəm ki, o mübarizənin arxasında dayanan maraqları görməliyik. Məsələ burada qəti bir şəkildə dini sistemi ləkələmək deyil, daha artıq dərəcədə dövləti müdafiə edəcək bütün qüvvələri zərərsizləşdirmək niyyətidir. Buna yol vermək olmaz”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv