Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
DÜNYA

ABŞ-dan Bakıya jest: Rusiya isə İrəvana “İsgəndər” üçün...

<b>ABŞ-dan Bakıya jest: Rusiya isə İrəvana “İsgəndər” üçün...</b>

ABŞ CAATSA qanunu çərçivəsində Rusiyanın demək olar ki, bütün hərbi şirkətlərinə sanksiyalar paketini qəbul edib

Vaşinqtonun yeni qərarına əsasən, Moskva ilə bundan sonra hərbi razılaşma imzalayan istənilən dövlət və ya şirkət avtomatik olaraq ABŞ-ın qara siyahısına düşəcək.
ABŞ-ın hədəfə aldığı əsas istiqamətlərdən biri də Moskvanın müttəfiqləridir. Bunların sırasında Ermənistanın olması İrəvan üçün yeni problemlərin formlaşmasına gətirib çıxarıb.
Belə ki, İrəvan 2017-ci ildə Avropa Birliyi ilə razılaşma imzalayıb. Bu razılaşmadan həm əvvəl, həm də sonra İrəvan dünyada özünün neytral olması və Moskvanın təsir dairəsində olmaması ilə bağlı təsəvvür yaratmağa çalışırdı. Müəyyən mənada bu istəyinə nail də ola bildi.
Ermənistan üçün uğurlu oyun çox davam etmədi. 2018-ci ilin əvvəllərində İrəvan dünyada formalaşdırmağa çalışdığı fondan rəsmən imtina etdi. ABŞ səfirinin İrəvanı dolayı yolla CAATSA qanununun Ermənistana da tətbiq edilə biləcəyi ilə bağlı xəbərdar etməsindən sonra bu ölkənin siyasi elitasında panika yaşanmağa başladı.
Səfirin açıqlaması “Kreml hesabatı”nın yayımlanmasından az sonra edildi. Bu isə ölkənin müxalif kəsimində partlayış effekti yaratdı. Səfirin bu açıqlamasının ardından bölgəyə rus deputatların və nazirlərin səfərləri başladı. Mart ayının sonunda isə İrəvan rəsmən Qərbdən üz çevirdi və bəyan etdi ki, bundan sonra da Rusiyadan silah almağa davam edəcək.
İrəvandan fərqli olaraq, CAATSA qanunu ilə ABŞ-ın hədəfi olmaq istəməyən Bakı artıq cari ildən etibarən Türkiyə ilə hərbi-texniki əməkdaşlıq məsələləri çərçivəsində münasibətlərini tam aktivləşdirib. Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə son səfəri zamanı Ankaranın hərbi sənaye kompleksi ilə yaxından tanış olması təsadüfi deyil.
İrəvanın “şahin” qorxusu
İrəvanı qorxudan artıq təkcə CAATSA qanunu deyil. Hazırkı ölkə rəhbərliyi ABŞ Prezidenti Donald Trampın administrasiyasında olan açar şəxslərlə elə də xoş münasibətlərə malik deyil. Xüsusilə, Con Boltonun yenidən hakimiyyətə qayıtması ehtimalı da İrəvanı narahat edir. Azərbaycana qarşı İran və Rusiyaya görə xüsusi münasibəti (simpatiyası da demək olar) olan Boltonun Qarabağ məsələsində ABŞ-ın mövqeyinin aktivləşdirilməsini tələb edəcəyi gözləniləndir. İrəvanda da bununla bağlı narahatlıq yaranıb. Erməni ekspertlər hesab edir ki, ABŞ Rusiya və İranı bölgədən çıxarmaq üçün Azərbaycanla münasibətləri ən yüksək səviyyəyə qaldıra, hətta Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyinin israrlı müdafiəçisinə çevrilə bilər. Erməni politoloqlar bu fonda Ermənistan və Qarabağa ayrılan yardımın dayandırılmasını, əslində, Bakıya Qərbin bir jesti və ya Bakının arzusunun reallaşması kimi dəyərləndirirlər.
İranı mühasirəyə almağa çalışan ABŞ-ın Ermənistanda müəyyən dəyişikliklər etməyə çalışacağı da gözləniləndir. Bunun rəngli inqilab və ya hansısa başqa formada olacağı ehtimal edilir. Hər bir halda Moskva İrəvanda təzyiqini gücləndirəcək və erməni xalqının Kremlə sadiq olan Qarabağ klanı ilə hesablaşmasına maneə yaratmağa çalışacaq.
Qarabağda savaş proqnozları
ABŞ-ın hazırkı administrasiyası sələflərindən fərqli olaraq qondarma rejimdən uzaqlaşmağa başlayıb. Əvvəllər Qarabağa milyonlarla dollar humanitar yardım ayıran Vaşinqton Trampın gəlişi ilə müəyyən ixtisarlara yol verdi və bu ixtisarlar sonda Qarabağa yardımları demək olar ki, tam dayandırdı. Bu isə onsuz da çətin vəziyyətdə olan İrəvan üzərində əlavə yükün formalaşmasına gətirib çıxartdı.
Görünür, məhz bunun ucbatından qondarma rejimin liderin Bako Saakyan Vaşinqtona gedərək, erməni lobbisinə çalışan siyasətçilərlə görüşməli oldu. Hər bir halda Qarabağ artıq ABŞ-ın nəzərində həll edilməsi gərəkən məsələ olaraq konkretləşməyə doğru başlayır. Bu, İran məsələsi aktivləşməyə başladıqca aktuallaşır. Vaşinqtonun 2016-cı ildən bu yana verdiyi optimist mesajlar da bu fikri müəyyən mənada təsdiqləməyə imkan verir.
Artıq Qafqazda mövqelərin tam müəyyənləşdirilməsi anı yaxınlaşdıqca Ağ Ev müxtəlif vasitələrlə Bakı ilə əlaqələrin inkişafına çalışır.
Erməni politoloqların həyəcan təbili də bu istiqamətdədir: ABŞ-ın Qarabağa və Ermənistana yardımları dayandırması, Rusiyanın iqtisadi vəziyyətinin isə getdikcə pisləşməsi fonunda ABŞ-ın Bakıya daha çox meyillənməsi prosesi yüksələn xətt üzrə gedir. Üzərindəki sanksiyalarla mübarizə aparan Rusiyanın da bölgədən tam vurulmamaq üçün Azərbaycanla prinsipial məsələlərdə razılıq əldə edəcəyi erməni analitiklərin son günlər açıqlamarında öndə dayanır.
ABŞ-ın artıq bu siyasətə ötən il avqustundan - Riçard Hoqlandın istefaya getməzdən öncə ərazilərin Azərbaycana qaytarılması ilə bağlı rəsmi açıqlamasından başladığı iddia edilir.
Məhz bu proseslər fonunda Rusiyadan Ermənistana 3-cü, faizsiz hərbi kredit ayrılacağı və bu krediyin “İsgəndər”in alınmasına sərf ediləcəyi, bu raket kompleksinin Azərbaycan sərhədinə, həmçinin Naxçıvan istiqamətinə yerləşdiriləcəyi barədə erməni mediasında xəbərlər gündəmə gəldi.
Hər bir halda, ABŞ-ın Rusiyanı və İranı təcridetmə siyasəti Qafqazlarda da özünü göstərməyə başlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv