Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
HADİSƏ

Bakıda məşhur məktəbin direktoruna töhmət verildi

<b>Bakıda məşhur məktəbin direktoruna töhmət verildi</b>

Son günlər kütləvi informasiya vasitələrində Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseylə bağlı yayılan məlumatlara əsasən, bu təhsil müəssisəsində araşdırma aparılıb

Lent.az-ın əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin apardığı xidməti araşdırma nəticəsində təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinin zəif təşkil edildiyi, bir sıra istiqamətdə qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olub.
Aldığımız məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən, Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Həmçinin aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılıb









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv