Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
DÜNYA

Diplomatdan şok etiraf: Səddamı xilas edə bilərdim…

<b>Diplomatdan şok etiraf: Səddamı xilas edə bilərdim…</b>

Amerikalılar İraqı işğal etmək istəyirdilər

Axar.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının keçmiş rəhbəri, braziliyalı diplomat Joze Bustani deyib.
“İraq da, Liviya da təşkilata qoşulmağa qərar verdilər. Bu ölkələrin incələnməsi 2002-ci ildə baş verə bilərdi. Amerikalılar əsəbiləşmişdilər. Əgər təşkilatın ekspertləri İraqa girə bilsəydi, kimyəvi silah tapmayacaqdı və işğalın səbəbi zəifləyəcəkdi. Amerikalılar İraqı işğal etmək istəyirdi və bu yoxlama da onların maraqlarına zidd idi. Tarix məni haqlı çıxardı. Hər şey çox fərqli ola bilərdi və işğal olmasaydı, bu gün İŞİD də olmayacaqdı. Hələ də qəzəbliyəm, çünki bunların qarşısını almaq üçün bir şeylər edə bilərdim.
Con Bolton mənim qovulmamda önəmli paya sahib idi. Bir dəfə ofisimə gəlib dedi ki, ya istefa edəcəksən, ya da nəticələrinə qatlanacaqsan. Bu təhdidlərdən sonra geri addım atdım”, – deyə o bildirib.
Qeyd edək ki, Bustani indiyə qədər tarixdə beynəlxalq təşkilatın rəhbərliyindən istefaya göndərilən ilk şəxs hesab edilir. Onun istefasında xüsusi rolu ABŞ oynayıb. ABŞ-ın apardığı fəaliyyət nəticəsində 2002-ci ildə Bustani BMT tərəfindən təcili istefaya göndərilib. Bustani sonradan haqsız yerə işdən çıxarıldığını sübut etmək üçün beynəlxalq təşkilatlara müraciət edib. 2003-cü ilin iyulunda onun haqlı olduğu sübuta yetirilib. Bu isə İraq müharibəsindən cəmi 4 ay sonra baş verib. Bustani bundan sonra ona təşkilatın verdiyi təzminatı qəbul etməyib.
ABŞ mediası bu açıqlamadan öncə Bustaninin Boltonun təhdidi ilə istefa verdiyini yaymışdı. Mətbuat Boltonun Bustanini övladı ilə təhdid etdiyini yazıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv