Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
DÜNYA

Sərhədimizdə 10 minlik hücum qrupu var - Şoyqu

<b>Sərhədimizdə 10 minlik hücum qrupu var - Şoyqu</b>

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın hədəfi Suriyada terrorçuları məhv etmək yox, regionda öz mövcudluğunu gücləndirmək idi

Axar.az xəbər verir ki, bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.
“Güclü koalisiyanın terrorçularla bacarmamasına inanmaq çətindir. Hədəf tamam başqa idi. Onlar regiondakı situasiyanı qarışdırıb, burada hərbi və iqtisadi mövcudluqlarını gücləndirmək istəyirdilər. Suriyada vəziyyət Rusiyanın burada hərbi əməliyyatlara başlamasından sonra dəyişdi.
İŞİD artıq dünyanın başqa regionlarına qaçmağa başlayıb. Onların Afrikada aktivliyi artır, üstəlik, cihadçılar Asiya və Avropaya qayıdır. Bütün dünyada ekstremist və separatçı hərəkatlar üçün sərfəli mühit yaranır”, – deyə o bildirib.
Şoyqu NATO-nun Rusiyaya təhdidindən də danışıb:
“ABŞ və NATO Rusiya sərhədlərində 10 minlik hücum qrupu saxlayır. Bunlar Polşa və Baltikyanıda yerləşdiriliblər. Alyansın təlimləri artıb, ABŞ-ın donanmasının Qara və Baltik dənizindəki fəaliyyəti aktivləşib”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv