Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
DÜNYA

Rusiya və Türkiyə arasında əsas ziddiyətli məqamlar

<b>Rusiya və Türkiyə arasında əsas ziddiyətli məqamlar</b>

Rusiya ilə Türkiyə arasında bir sıra mübahisəli məsələlər var və əslində tərəflər bunu heç gizlətmirlər

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Suriyada taktiki baxımdan mövqelər üst-üstə düşsə də, hər iki ölkənin strateji məqsədləri olduqca fərqlidir:
“Suriyanın şimalında aparılan əməliyyatlar Rusiyanın xeyrinədir, çünki ABŞ-ın mənafelərinə qarşıdır. Rusiya Türkiyənin əli ilə ABŞ-ı bölgədə sıxışdırmaqda maraqlıdır. Ancaq bir sıra məsələlərdə strateji haçalanmalar yaranır. Türkiyə Rusiya ilə qonşuluqda olan ölkələrlə münasibətlərini gücləndirir. Xüsusilə də Türkiyənin Mərkəzi Asiya siyasəti Rusiyanı müəyyən dərəcədə narahat etməyə başlayıb. Moskva düşünür ki, Türkiyə burada öz mövqelərini möhkəmləndirməklə Rusyanın nüfuzuna toxunur. Çünki bu ölkələrin böyük bir qismi latın əlifbasına keçərək Türkiyə təcrübəsindən yararlanırlar. Həmin ölkələr üçün türk latıncası əsas rol oynayır. Bu isə kiril əlifbasının dairəsini azaldır. Yəni Rusiya və Türkiyə arasında zidiyyətli məqamlar var, sadəcə tərəflər başa düşürlər ki, onlar arasında yeni bir böhran hər iki dövlətə ziyan vuracaq”.
Politoloq bu səbəbdən də Ankara və Moskvanın mübahisəli məsələlərdə böhranlı yoldan çəkindiyini və yeni alternativlər axtardığını qeyd edib:
“Çünki Türkiyədən savayı, Rusiyaya Qərb və digər oyunçular tərəfindən də reaksiyalar artır. Eynilə Türkiyəni istəməyən qüvvələrin də sayı az deyil. Hazırda nə Türkiyə, nə də Rusiya açıq rəqib, yaxud da düşmən kimi görünmək istəyirlər. Bu, həm əlavə gücün sərf olunmasına, həm də hər iki ölkənin zəifləməsinə səbəb ola bilər. Tərəflər hazırda ziddiyyətli məsələlərdə həll yolu tapmağa çalışrlar”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv