Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
DÜNYA

ABŞ Putinin ətrafını cəzalandırır – Bu gün

<b>ABŞ Putinin ətrafını cəzalandırır – Bu gün</b>

ABŞ bu gün Rusiya oliqarxlarına qarşı “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” (CAATSA) qanun çərçivəsində sanksiyalar tətbiq etməyi planlaşdırır

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Yeni sanksiyaların Rusiyanın ABŞ-dakı prezident seçkisinə müdaxiləsinə cavab olaraq hazırlandığını bildirilib. Qara siyahıya Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafının da düşəcəyi açıqlanıb.
Qeyd edək ki, ABŞ bu ilin yanvarında “Kreml hesabatı”nı hazırlamışdı. Hesabata Rusiyanın 114 rəsmi şəxsinin və 96 oliqarxının adı daxil edilmişdi.
“Kreml hesabatı”nda həmçinin 5 azərbaycanlı milyarderə də yer verilmişdi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv