Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Putin, Ərdoğan və Ruhani bunu həll edə bilməz - Almaniya

<b>Putin, Ərdoğan və Ruhani bunu həll edə bilməz - Almaniya</b>

Türkiyədən əsas gözləntimiz mülki vətəndaşlara münasibətdə həssas davranması və Suriyanın ərazi bütövlüyünün qorunmasıdır

Axar.az xəbər verir ki, bunu Türkiyə KİV-lərinin rəhbərləri ilə görüşü zamanı Almaniyanın Türkiyədəki səfiri Martin Erdman deyib.
“Afrin əməliyyatı ilə bağlı Almaniya hökumətindən çox az açıqlama eşitmisiniz. Berlinin mövqeyi budur ki, Türkiyə terror hücumlarına qarşı özünü müdafiə haqqına sahibdir. Afrin hərəkatının terrorla mübarizənin bir parçası ola biləcəyini düşünürük. Türkiyədən əsas gözləntimiz mülki vətəndaşlara münasibətdə həssas davranması və Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Hərəkat sona çatdıqdan sonra hərbçilərin geri çəkilməsi lazımdır”, – deyə o bildirib.
O, Rusiya, İran və Türkiyə liderlərinin Ankara görüşü ilə bağlı Almaniyanın mövqeyini ifadə edib:
“Bu sammit Suriya məsələsində daimi həll tapmaq imkanında deyil. Problem BMT-də həll edilməlidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv