Son xəbərlər
20 AVQUST
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
MƏDƏNİYYƏT

Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə 16 təşkilatı və xeyli sayda sənətçisiylə qatılır

<b>Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə 16 təşkilatı və  xeyli sayda sənətçisiylə qatılır</b>

Sərgidə bu il Türk Dünyasının Mədəniyyət paytaxtı olan Kastamonu şəhəri və Qara dəniz şəhərləri önə çıxarılacaq

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF 2018) öz işinə başlayır.
Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Dr. İrfan Çiftçinin açıqlamasına görə bu il Türkiyə AITF 2018-də iştirak edəcək şirkət və qurumlarının sayında xeyli artım var.
Müşavirlikdən verilən məlumata görə, 2017-ci ildən bəri keçən bir il ərzində Azərbaycandan Türkiyəyə gedən turist sayında 45 faizdən çox artım olub. Ona görə də Türkiyədən bu sərgidə iştirak etmək istəyən 50-dən çox şirkət və təşkilat içərisindən yerin məhdudluğuna görə ancaq 16 təşkilata yer verilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi builki sərgiyə tamamən yeni bir dizayn quruluşu, digital yeniliklər və dərin mədəni, eləcə də sənət fəaliyyətləri ilə qatılacaq.

Bu inkişaflar əsasında Türkiyənin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb. Bunlardan biri bu il TÜRKSOY tərəfindən 2018-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı Kastamonunu qabağa çəkmək və bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq sərgidə yeni rəğbət qazanan təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə əhəmmiyət vermək olacaq.
Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Kaliqrafi və Ebru sənəti ustası Bekir Ulsu, Türkiyənin məşhur təsbeh ustası Hüseyin Çelik, miniatürçü Müjgan İşler, gümüş telkari ustası Hüseyn İşler, Bursa ipək toxuması ustası və Uludağ Universiteti müəllimi Sevgi Yüksel Uzunöz kimi usta və sənətçilər tədbirə xüsusi rəng qatacaqlar. Sərgidə sözügedən Qara dəniz bölgəsinin tanınmış Trabzon Horon əkibi və kazaziyyə (əlvan metallarla əl işi sənəti), eləcə də kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli musiqi qrupları iştirak edəcəklər.
Konsert və tamaşalarda isə Türk musiqisini icra edən Türk və Azərbaycanlı sənətçilər iştirak edəcəklər. Udi Serkan ÜN, Nizam MİRZƏYEV, Hazar ÖZPOLAT, Türk Musiqisi sənətçiləri Mine Bakır, Seyhan DAYIOĞLU , İller MƏMMƏDZADƏ (PİANO ), Ebru KARGI ( VİYOLA ), Trabzon Horon Əkibi, Türk Xalq Oyunları Qrupu, Ege Zeybekləri Güldərən Aydın, Mustafa Enes, Bakı Türk Oratoryosu Qrupu üç gün boyunca sərgi ziyarətçilərinə Türk musiqisinin klassik və populyar örnəklərini ifa edəcəklər, həmçinin folklor qrupları ziyarətçiləri coşduracaqlar.
Qeyd edək ki, bu il də “TÜRKİYƏ EVİNİZ” /“Home Of Turkey” deyən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq. Bundan başqa, Türkiyə rəsmiləri və səfir Erkan Özoralın iştirakı ilə səfirliyin mədəniyyət müşavirliyi sərgidə iştirak edən Türk təşkilatlarıyla Azərbaycanın turizm təşkilat və şirkətləri arasında 6 Aprel axşamı işgüzar görüşlər keçirməyi planlaşdırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv