Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
SOSİAL

Xaricilər istedadlı gənclərimizi necə “oğurlayır” - Araşdırma

<b>Xaricilər istedadlı gənclərimizi necə “oğurlayır” - Araşdırma</b>

Tələbələr üçün dünyanın müxtəlif ölkələrində ali təhsil müəsisələri ya pulsuz təhsil verir, ya da ödənişli əsaslarla təhsil alanlar üçün təqaüd proqramları həyata keçirir

Bu zaman təhsil alan tələbələrin təhsil haqları müəyyən şəxslər, iri şirkətlər tərəfindən ödənilir. Misal olaraq, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc 500-900 avro həcmindədir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında İsveç, Danimarka və Çexiyanı da göstərmək olar.
ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda, ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququna malikdir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur. Maraqlıdır, bəs ölkəmizdə ödənişli əsaslarla təhsil alan tələbələr üçün təqaüd proqramları varmı?
Məsələ ilə bağlı Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində tələbələr əgər ödənişli əsaslarla təhsil alırlarsa, onların təhsil haqları ya özləri tərəfindən, ya da güzəştli kateqoriyaya malikdirlərsə, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Onun sözlərinə görə, dünya təcrübəsində bu məsələyə yanaşma fərqlidir:
"Belə ki, hər bir şirkət özünə lazımlı şəxsləri ali təhsil müəssisələrinə sifariş verir və seçimdə iştirak edir. Müəssisənin tələblərinə cavab verən şəxslərin təhsil haqları və digər xərcləri onlar tərəfindən ödənir. Bununla da həmən şirkət özünə lazım olan kadrın hazırlanmasına nəzarət edir və daha yaxşı kadr hazırlamaq üçün onu hazırlayan universitetə təkliflər edə bilir. Ona görə də dünyada iri şirkətlər daha sürətlə inkişaf edirlər və kadr problemi ilə qarşılaşmırlar".
Ekspert qeyd edib ki, Azərbaycanda özəl sektor gələcəkdə onlara lazım olan kadrların hazırlanması üçün universitetlərlə əməkdaşlıq etmir:
"Bu gün 54 ali təhsil müəssisəmizdə təhsil alan 164 min tələbənin 71%-i ödənişli əsaslarla oxuyur. Lakin hansısa bir qurum, şirkət onların maliyələşməsini həyata keçirmir.
Qardaş Türkiyədə isə bu təcrübədən geniş istifadə olunur. Orada yüzlərlə şirkət tələbələrin təhsil haqqı və digər xərclərinin qarşılanmasını öz üzərinə götürür və tələbələrə müxtəlif kurslar verir. Bu həm də ali təhsilli şəxsin təhsilini başa vurduqdan sonra işlə təmin olunmasına müsbət təsir göstərir".
Ekspertin sözlərinə görə, azərbaycanlı gənclər yalnız dövlətlərarası müqavilələr əsasında xarici ölkələrdə təqaüdlə təhsil ala bilirlər:
“Belə ölkələr öz vəsaitləri hesabına hər il müəyyən sayda şəxləri öz ölkələrində təhsil almağa cəlb edirlər və onların bütün xərclərini ödəyirlər. Bunu etməkdə onların məqsədi istədikləri tələblərə cavab verən şəxslərin gələcəkdə onların ölkəsində qalıb fəaliyyət göstərməsini təmin etməkdir. Belə ki, bizim ölkəmizdən gedən tələbələr bir neçə xarici dil bilir ki, belə kadrın hazırlanması üçün onlar öz ölkələrində daha çox vəsait sərf edirlər. Lakin belə ölkələr müəyyən təqaüd proqramları ilə bizdən özlərinə lazım olan istedadlı gəncləri, belə deyək, daha az xərclə cəlb edirlər".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv