Son xəbərlər
14 İYUN
13 İYUN
12 İYUN
TÜRK DÜNYASI

Yıldırımdan Türkiyəni silkələyən istefa xəbərinə cavab

<b>Yıldırımdan Türkiyəni silkələyən istefa xəbərinə cavab</b>

Türkiyə Baş nazir Binəli Yıldırım müavini Məhməd Şimşəklə bağlı mətbuatın yaydığı məlumatlara aydınlıq gətirib

Axar.az xəbər verir ki, Yıldırım Monqolustan səfərindən öncə jurnalistlərə açıqlamasında Şimşəkin vəzifəsindən azad edilmədiyini bildirib.
“İddialar, dedi-qodular Ankarada bitməz. Məhməd Şimşək öz vəzifəsini icra edir. Nazirlər Kabinetində nə zaman, kimi dəyişdirəcəyimizə qərar verdikdən hərəkətə keçərik. Hazırda gündəmimizdə belə bir şey yoxdur. Hökumətimizin fəaliyyəti qərarlı şəkildə davam edir”, – deyə o bildirib.
Qeyd edək ki, mətbuatın Şimşəkin istefaya göndərildiyi haqqında yaydığı məlumat valyuta bazarında qarışıqlığa səbəb olub. Belə ki, bu xəbərdən sonra yerli valyuta ucuzlaşıb nəticədə dollar rekord həcmdə bahalaşaraq 4,0469 lirəyə çatıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv