Son xəbərlər
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
07 AVQUST
SOSİAL

Şad xəbər: Güzəştli mənzil satışı başladı – Qiymətlər

<b>Şad xəbər: Güzəştli mənzil satışı başladı – Qiymətlər</b>

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10.00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək

Bu isə o deməkdir ki, təxminən 1 ay sonra sosial mənzili almaq mümkün olacaq. Mənzillərin satışı “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Vüqar Bayramov yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşların mənzil almaq hüququna malik olduqlarını qeyd edib.
“MİDA-nın məlumatına əsasən, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. Bu isə o deməkdir ki, elektron kabinetə sahib olmayan, amma mənzil almaq istəyən vətəndaşlarımız mayın 7-dək qeydiyyatdan keçməlidirlər”, - ekspert qeyd edib.
İqtisadçı deyib ki, layihə çərçivəsində satışa 260 mənzil çıxarılacaq:
“MİDA bildirib ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib. Bu isə o deməkdir ki, mənzil kupçalı olacaq”.
Ekspertin sözlərinə görə, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manatdan başlayacaq:
“Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır. Kredit götürmədən mənzili öz pulları ilə birdəfəlik ödənişlə alan vətəndaşlar mənzilə daha ucuz qiymətlə sahib ola biləcəklər. Bu zaman 1 otaqlı mənzil 26 932 manata, 2 otaqlı mənziı 42 554 manata, 3 otaqlı mənzil isə 59 063 manata təklif ediləcək”.
Mənzillərin sahələrinə gəldikdə isə ekspert bildirib ki, xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir:
“Belə ki, bir otaqlı mənzillər təxminən 40, iki otaqlı mənzillər 70, üç otaqlı mənzillər isə 84 kvadrat metrədək olacaq”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv