Son xəbərlər
15 İYUL
14 İYUL
13 İYUL
12 İYUL
DÜNYA

İranda qəzaya düşən türk təyyarəsi ilə bağlı mühüm tapıntı

<b>İranda qəzaya düşən türk təyyarəsi ilə bağlı mühüm tapıntı</b>

İranda 11 nəfərin ölümünə səbəb olmuş təyyarə qəzasının uçuş məlumatlarının toplandığı (FDR-Flight Data Recorder) yaddaş qurğusu tapılıb

Axar.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Qurumundan informasiya yayılıb.
İran Milli Aviasiya Təşkilatı İctimaiyyətlə əlaqələr direktoru Rza Cəfərzadənin sözlərinə görə, təyyarənin uçuş məlumatlarının toplandığı yaddaş qurğusunu Mülki Aviasiya Qəza dəstələri tapıb.
“Bu yaddaş təyyarə təyyarə məlumatlarını və uçuş parametrlərini özündə ehtiva edir”, - Cəfərzadə deyib.
Qeyd edək ki, İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub. Başaran Holdinqə məxsus təyyarə şirkətin rəhbəri Hüseyn Başaranın qızı Mina və 7 rəfiqəsini Dubayda keçirilən “Subaylığa vida partisi”ndən gətirirmiş.
8 sərnişin və 3 ekipaj üzvü – ümumilikdə 11 qız hamısı həlak olub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv