Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
07 DEKABR
SİYASƏT

Bakı aktivləşir: Putin bizi türklərə qurban verəcək? - Arutyunyan

<b>Bakı aktivləşir: Putin bizi türklərə qurban verəcək? - Arutyunyan</b>

Rusiya öz siyasətini həyata keçirir, öz maraqlarının təminatına çalışır

Bunu “1in.am” saytına Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edən Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
“Rusiya Türkiyənin ABŞ və Avropa Birliyi ilə ciddi problemlərinin olduğunu anlayıb, bu əlaqələri daha da zəiflətmək üçün hər şeyi edir. NATO üzvü olan, NATO-da ikinci ən böyük orduya sahib olan dövlət indi bütün münasibətləri yoluna qoymağa çalışır ki, öz problemlərini həll edə bilsin. Burada gələcəkdə nəyin olacağını təxmin etmək çox çətindir. Hazırda mən burada Ermənistana qarşı heç bir təhlükə görmürəm. Türkiyə öz problemlərini həll etməyənə qədər Azərbaycanı hərbi əməliyyatlara həvəsləndirməyəcək. İndiki zamanda müharibə Rusiya üçün sərfəli deyil. Moskva Avropa ilə konfliktə girib, Ukrayna ilə problemləri var və əgər buna paralel olaraq bu cəbhədə də müharibə başlasa, onun düşdüyü situasiya çox çətin olacaq. Rusiya bu müharibəyə imkan verməyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Putinlə Ərdoğanın son görüşündən sonra İrəvanda ciddi ictimai narahatlıq hökm sürür. Bəzi ekspertlər yaxın müddətdə Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyini qeyd edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv