Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
İDMAN

İdmançılara hücum edən çempion həbs edildi

<b>İdmançılara hücum edən çempion həbs edildi</b>

Nyu York polisi MMA döyüşçüsü və 2 çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqoru təşkilatın idmançılarını daşıyan avtobusa hücum etdiyinə görə həbs edib

Axar.az xəbər verir ki, tezliklə idmançıya qarşı ittiham qaldırılacağı bildirilib.
Xatırladaq ki, Makqreqor aprelin 5-də Nyu Yorkda UFC döyüşçülərinin yığıncağı keçirilən “Barklayz Sentr”də iğtişaş törədib. O, idmançıları daşıyan avtobuslardan birinə hücum edib. Hücumda həmçinin rus idmançı Artyom Lobov da iştirak edib.
Hadisə zamanı Rusiyanı təmsil edən daha bir idmançı Həbib Nurmaqomedov isə avtobusdakı idmançılar arasında olub.