Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Azərbaycanlı Atatürk hava limanını bir-birinə qatdı

<b>Azərbaycanlı Atatürk hava limanını bir-birinə qatdı</b>

Moskvadan İstanbula gələrək oradan Bakıya səfərə hazırlaşan Rusiya vətəndaşı, azərbaycanlı sərnişin Elşad Hüseynzadə Atatürk hava limanında iğtişaş törədib

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
Türkiyə vaxti ilə 23:45-də Moskvadan İstanbula gələrək təyyarədən enən azərbaycanlı saat 01:30-a təyin edilən Bakıya uçuşa gecikib. Gecikdiyinin fərqinə varan sərnişin təyyarənin qapılarının bağlandığını gördükdən sonra 502 nömrəli qapıya yaxınlaşıb. Bağlı qapını yumruq və təpiklə qıraraq açan Hüseynzadə təyyarəyə tərəf qaçmağa başlayıb.
Hava limanının əməkdaşlarının polisə xəbər verməsindən sonra saxlanılan sərnişinin sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis ifadəsini aldıqdan sonra Elşad Hüseynzadəni sərbəst buraxıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv