Son xəbərlər
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
15 OKTYABR
TÜRK DÜNYASI

PKK-dan qandonduran Afrin təlimatı: Ayaqlarının altını...

<b>PKK-dan qandonduran Afrin təlimatı: Ayaqlarının altını...</b>

Afrində ələ keçən terrorçuların verdiyi ifadələr onların necə amansız və vəhşi olduqlarını bir daha sübuta yetirib

Axar.az xəbər verir ki, PKK/YPG qruplaşmasının üzvlərindən Delil Rojova təşkilatın liderlərinin ağlasığmaz təlimatlar verdiklərini bildirib.
“Bizə dedilər ki, Türkiyənin tərəfində olan hər kəsi, hətta uşaqları da güllələyin. Bir neçəsinin ayağına bomba bağlayın və insanların gözünün qarşısında partladın ki, digərlərinə də dərs olsun. Belə olan halda onlar qorxub bizim üçün çalışacaqlar”, - o deyib.
Numan Zehlən adlı terrorçu isə gözünün qarşısında PKK-çı Argeş Canonun 2 qadın və 4 uşağı güllələdiyini bildirib.
Şiyar Rəcəbin sözləri PKK-nın bölgəni tərk etmək istəyən mülki şəxslərə qarşı da amansız olduğunu göstərir:
“Bir ailə əşyalarını yığıb qaçırdı. Pullarını, qızıllarını aldıqdan sonra onları öldürdük. Başqa bir məhəllədə qadınlar qaçmaq istəyirdilər. Silahdaşlarımız bıçaqla onların ayaqlarının altını kəsdilər ki, qaça bilməsinlər”.
PKK-çı Hoqir Çiyanın da ifadəsi qandondurandır:
“Bizdən biri yaşlı qadınla nəvəsini tutdu. Daha sonra qadının 14 yaşlı nəvəsini yuxarı aparıb zorladı”.
Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Ordu martın 24-də şəhəri terrorçulardan tamamilə azad edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv