Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

Təkamül Partiyası Qüdrət Həsənquliyevin namizədliyini dəstəkləyir

<font color=red><b>Təkamül Partiyası Qüdrət Həsənquliyevin namizədliyini dəstəkləyir</b></font>


Bu gün Teyyub Qənioğlunun sədrliyi ilə Azərbaycan Təkamül Partiyası Mərkəzi Şuranın (MŞ) Siyasi Bürosunun iclası keçirilib. İclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkilərində partiyanın iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Teyyub Qənioğlu ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib, 2015-ci ildə manatın 2 dəfə kəskin devalvasiyasından sonra istehlak mallarının qiymətlərinin artması meylinin davam etdiyinə, inflyasiyanın səviyyəsinin artdığına, xalqın yaşayış səviyyəsinin pisləşməkdə davam etdiyinə, müxtəlif kateqoriyalı işçilərin əmək haqqının artırılması səviyyəsinin qiymətlərin artmasına adekvat olmadığına və bunun ölkəmizdə sosial gərginliyin artmasına təsir edə biləcəyinə xüsusi diqqət çəkib. Teyyub Qənioğlu ölkədə yaranmış mövcud vəziyyəti nəzərə alaraq əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən daha səmərəli tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Prezidetliyə namizədlərin platformaları, onların çıxışları ilə tanışlıqdan sonra ATP seçkilərdə BAXCP-nin sədri Qüdrət Həsənquliyevin namizədliyinin dəstərklənməsi ilə bağlı qərar qəbul edib, partiya üzvlərinə və təəsübkeşlərinə aprelin 11-də Qüdrət Həsənquliyevə səs verməyə çağırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv