Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Ali təhsil almaq istəyənlər sürətlə azalır – Səbəb

<b>Ali təhsil almaq istəyənlər sürətlə azalır – Səbəb</b>

Son illərdə məzunların sayında azalma olmasa da, ali məktəblərə sənəd təqdim edənlərin sayında kəskin azalma var

Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün 110 min abituriyent sənəd təqdim etmişdisə, 2017-ci ildə bu rəqəm 79 min olub. Bu il isə daha da az olması qaçılmazdır.
Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, artıq 12 gündür 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir:
“Geridə qoyduğumuz 12 gün ərzində ali məktəbə qəbul olmaq üçün 30.900 nəfərə qədər abituriyent qeydiyyatdan keçib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə ciddi şəkildə azalma deməkdir. Geridə 21 gün vaxt qalıb və bundan sonra qeydiyyatdan keçənlər maksimum 100 faiz artsa, bu da böyük rəqəm etmir. Nəzərə alsaq ki, ali məktəblərə azı 43 min plan yeri ayrılır və qəbul imtahanlarında iştirak edənlərin 50 faizi keçid balını toplamır, bu, o nəticə deməkdir ki, universitetlərdə plan yerləri boş qala bilər”.
Ekspertin sözlərinə görə, abituriyentlərin ərizə qəbulunda sayının azalamsına təsir göstərən bir neçə amil var:
“İlk növbədə qəbul imtahanları üçün tələb olunan xidmət haqqının çox olması buna təsir edir. Digər bir səbəb isə elektron ərizə qəbulu prosedurunun qəliz olmasıdır. Belə ki, abituriyentlər kənar dəstək olmadan bunu demək olar ki, edə bilmir. Bundan başqa, Azərbaycanda ali məktəblərin təhsil haqları kifayət qədər yüksəkdir. Abituriyentlər üçün Türkiyə və digər ölkələrdə daha ucuz və keyfiyyətli təhsil daha əlçatandır”.
Ekspert vurğulayıb ki, bu il ilk dəfə olaraq, necə deyərlər, “ağ bayraq” qaldırılıb:
“Belə ki, imtahanlar keçrilməmişdən keçid balı 200 (bəzi ixtisaslar üzrə hətta 100 və 150) bal olan və ixtisas qrupuna daxil olan fənlərdən birindən 0 bal toplayan müsabiqəyə buraxılır. Belə başlanılıbsa, düşünürəm ki, qəbul imtahanından sonra balı 50-dən yuxarı və 4 fəndən 0 bal toplayanlar müsabiqəyə buraxılacaq”.
Qeyd edək ki, DİM tərəfindən 2018-ci il martın 29-dan aprelin 30-dək ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu həyata keçrilir. Bu il qəbul imtahanları keçən il olduğu kimi iki dəfə yaz (may ayında) və yay (iyul ayında) keçriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv