Son xəbərlər
19 İYUL
18 İYUL
17 İYUL
SİYASƏT

AŞPA müşahidə missiyası Bakıya gəldi

<b>AŞPA müşahidə missiyası Bakıya gəldi</b>

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb

Axar.az xəbər verir ki, bu günə qədər prezident seçkiləri ilə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub.
Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.
Bu arada Avropa Şurası Parlament Assambleyasının prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.
Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri, eləcə də prezidentliyə namizədlərlə görüşəcəklər.
33 nəfərlik AŞPA müşahidə missiyasına rumıniyalı parlamentar Viorel Rişard Badea sədrlik edir. Nümayəndə heyəti ATƏT PA və ATƏT DTİHB ilə birlikdə aprelin 11-də prezident seçkilərini müşahidə edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv