Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
SİYASƏT

Erməni terrorçu rejimi Qarabağda təxribat törədəcək – Piter Teys

<font color=red><b>Erməni terrorçu rejimi Qarabağda təxribat törədəcək – Piter Teys</b></font>

Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Piter Teysin Axar.az-a müsahibəsini təqdim edirik:
- Azərbaycan ərazilərinin 20 faizdən çoxu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Siz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesini necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasındakı postlarda edilən son dəyişikliklər Dağlıq Qarabağ sülh danışıqlarına yeni impuls verə bilər. Təəssüf ki, Suriyadakı vətəndaş müharibəsi və Krımın Rusiyaya ilhaq edilməsi kimi məsələr beynəlxalq geosiyasi prioritetlər sırasında Dağlıq Qarabağ münaqişəsinin kölgədə qalmasına səbəb olub. Ermənistan hakimiyyəti beynəlxalq hüquq normalarına riayət etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən qoşunlarını işğal edilmiş ərazilərdən geri çəkməlidir. Azərbaycan Ermənistanın insanlığa qarşı cinayətlərinin qarşısını almaq və hər bir qarış torpağını işğaldan azad etmək üçün ciddi şəkildə çalışır.
- Bəzi ekspertlər Dağlıq Qarabağ münaqişə regionunda müharibə baş verəcəyi barədə açıqlamalarla çıxış edir. Sizcə, müharibə ehtimalı nə dərəcədə realdır?
- İnanmıram ki, növbəti 6 ay ərzində Dağlıq Qarabağ və ətraf ərazilərdə irimiqyaslı müharibənin şahidi olacağıq. Lakin Ermənistandakı terrorçu rejimin təxribatları indiki səviyyədə davam etdirəcəyini düşünürəm.
- Ermənistanın idarəçilik sistemi, eləcə də prezident postundakı dəyişiklik münaqişənin nizamlanmasına necə təsir göstərə bilər?
- Hesab edirəm ki, heç bir dəyişiklik baş verməyəcək. Ermənistanın yeni seçilmiş prezidenti Armen Sərkisyan Dağlıq Qarabağ məsələsində sələflərinin apardığı siyasətə oxşar kurs götürəcək.
- Ermənilərin Azərbaycana qarşı apardığı təxribatlara qarşı mübarizənin effektivliyini necə artırmaq olar?
- Azərbaycan xarici siyasətində hücum taktikasını davam etdirməli və İrəvan, eləcə də Qərbdəki erməni diaspor dairələrinin hazırladığı cinayət xarakterli təbliğat kampaniyasına qarşı mübarizə aparmaq üçün Kəşfiyyat Xidmətinin hazırlıq səviyyəsini gücləndirməlidir.
- Bizim ölkəmiz ABŞ-dan necə görünür?
- Azərbaycan multikultiralizmin beşiyidir. Bu ölkə özünün biznes turizmi mərkəzlərinə görə, eləcə də dini turizm sahəsində böyük nüfuz qazanıb. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyə ilə korrupsiya və kasıblığa qarşı mübarizə aparıldığını görmək müsbət haldır. Bakı Prosesinin 10, Azərbaycan Xalq Cümhuriyyətinin isə 100 yaşının qeyd edilməsi fonunda ölkədə xalqının rifahının yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə edilir. Digər tərəfdən isə düşünürəm ki, Azərbaycanın mədəni diplomatiyası dünyada izləmək üçün bir modeldir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv