Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
HADİSƏ

Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: “Qoyun və keçi pendiri yeyən insanlar...”

<b>Məşhur alimdən növbəti VACİB AÇIQLAMA: “Qoyun və keçi pendiri yeyən insanlar...”</b>

Daxili xəstəliklər üzrə mütəxəssis, kardioloq və məşhur professor Canan Karatayın sözlərinə görə, təzyiqi yüksəldən duz yox, şəkərdir

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor iştirak etdiyi seminarda dəniz duzunun faydalarından danışıb. “Həqiqi tibbin 10 şifrəsi” adlı kitabın müəllifi bildirib ki, dəniz duzu sağlamlıq mənbəyidir:
“Əsrlərdən bəri istifadə edilən dəniz duzu faydalıdır, süfrə duzu isə təhlükəlidir”.
Canan Karatay daha sonra osteoparoz xəstəliyinin müalicəsində pendirin təsirlərindən danışıb:
“Osteoparoz xəstəliyi olan xanımlara illərlə hormonlar, dərmanlar verilib. Qoyun pendiri hər birinin yerinə keçər. Sümük əriməsinin qarşısını almaq üçün hər kəsə bol-bol qoyun pendiri yeməyi məsləhət görürəm. Qoyun və ya keçi pendiri dəniz duzu ilə hazırlanır və mayalanması təbii olur. İstədiyiniz qədər pendir yeyə bilərsiniz, mən isə ovuc içi qədər deyirəm. Kibrit qutusu qədər demirəm, çünki bu sözlə Türk insanını faydalı qidadan məhrum edirlər. Yağlı olması vacibdir. Bu o deməkdir ki, pendir qoyun və keçi südündən hazırlanıb. Onların yağı zərərsizdir. İşlənməmiş yağlara Omeqa-3, Omeqa-6, Omeqa-9 olmaqla, 30-dan çox yağ növü daxildir. Odur ki, bu pendir ən sağlam protein, yağ və kalsium mənbəyidir”.
Professor Karatay pendir yeyən ölkədə sümük əriməsi xəstəliklərinin olmadığını vurğulayaraq bunları əlavə edib:
“Qoyun pendiri sümük əriməsi, diz və oynaq ağrılarının qarşısını alır. Eyni zamanda immunitet sistemini, həzmi gücləndirir. Əgər mədə pozğunluğu varsa, dərman əvəzinə, iki dilim qoyun pendiri yeyin və şişkinlik dərhal keçər".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv