Son xəbərlər
24 APREL
23 APREL
21 APREL
20 APREL
DÜNYA

Rusiya milyarderləri qorumaq üçün hərəkətə keçdi

<b>Rusiya milyarderləri qorumaq üçün hərəkətə keçdi</b>

Rusiya sanksiyalardan əziyyət çəkən rusiyalı biznesmenlərə yardım üçün ölkə ərazisində xüsusi rejimlə çalışan ofşorlar yaratmağı planlaşdırır

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vedomosti” qəzeti yayıb. Qəzet ofşorların Kalininqraddakı Oktyabrsk adası, Uzaq Şərqdəki Ruskiy adasında yaradılacağını bildirib. Ofşorların yaradılması üçün qanun layihəsi Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Layihənin Dumanın yaz sesiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub.
“Vedomosti”nin mənbələrindən biri bu layihənin çoxdan müzakirə edildiyini, lakin ABŞ sanksiyalarının sərtləşdirilməsindən sonra onun daha da aktuallaşdığını bildirib. Başqa bir mənbə isə bunun sanksiyalar altına düşən biznesmenlər üçün sərfəli olduğunu, Rusiyaya pullarını gətirmək istəyən şəxslərin bunu tez və heç bir vergi tutulmadan edə biləcəklərini deyib:
“Layihədə Rusiyaya başqa ölkələrdən strukturların gətirilməsinə izn verilib. Buraya həmçinin ofşorlar da aid edilib. Pulun köçürülməsi heç bir vergi tutulmadan baş tutacaq”.
Qeyd edək ki, ABŞ aprelin 6-da Rusiyanın 24 iş adamı və yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib. “Blomberq agentliyi ümumilikdə rus milyarderlərinin zərərinin son 16 milyard dollar olduğunu açıqlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv