Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Rusiyanın gözü ABŞ-da: Hər şey FES-dən asılıdır

<b>Rusiyanın gözü ABŞ-da: Hər şey FES-dən asılıdır</b>

Rusiya ABŞ sanksiyalarına cavab verə bilməyəcək

Axar.az xəbər verir ki, bunu “Novoya qazeta”ya açıqlamasında rusiyalı iqtisadçı Sergey Xestanov deyib.
“Amerika şirkətlərinin Rusiyada elə də böyük biznesi yoxdur. Ona görə də sanksiyalara cavab təsirli olmayacaq. Rublun devalvasiyası isə böyük ehtimalla baş tutacaq. Lakin bu dəfə 5-10% həcmində olacaq. Devalvasiya bu dəfə bir sıra ixracatçılara və federal büdcəyə fayda gətirəcək”, – deyə o bildirib.
Digər iqtisadçı Aleksandr Losev isə rubl üçün hazırda sanksiyaların yox, daha çox xarici monetar faktorların qorxulu olduğunu deyib:
“Hər şey ABŞ Federal Ehtiyat Sistemindən asılı olacaq. Əgər FES faiz dərəcələrini artırmağa davam etsə, o zaman rubl və dollar arasında gəlirlilik fərqi o qədər aşağı olacaq ki, bu, artıq oyunçuların öz risklərini kompensasiya etməsinə imkan verməyəcək. İnvestorlar artıq rubla yüksək gəlirli valyuta kimi yatırım edilməsinin mənasız olduğunu anlayacaqlar”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv