Son xəbərlər
20 İYUL
19 İYUL
18 İYUL
DÜNYA

Çindən ABŞ-a qarşı daha bir addım: İlk baza...

<b>Çindən ABŞ-a qarşı daha bir addım: İlk baza...</b>

Çin Sakit okeanın Vanuatu ada dövləti ərazisində hərbi baza yaratmağı planlaşdırır

Axar.az xəbər verir ki, bu barədə “Sidney Morning Herald” informasiya yayıb.
Məlumata görə, məsələ ilə bağlı iki ölkə rəsmiləri arasında diplomatik təmaslara başlanılıb. Çin hələlik rəsmi təklif etməsə də, Avstraliya yaxınlığında hərbi baza yaratmaq niyyəti artıq Kanberra və Vaşinqtonda müzakirə mövzusuna çevrilib.
Nəşrin məlumatına görə, Avstraliya sahillərinə 2 min kilometrdən daha az məsafədə hərbi bazanın yaradılması strateji güc balansını Çinin xeyrinə dəyişəcək və Pekin və Vaşinqton arasındakı qarşıdurmanı gücləndirəcək.
Qeyd edək ki, sözügedən baza Çinin Sakit okeandakı ilk hərbi bazası olacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv