Son xəbərlər
17 İYUL
16 İYUL
SİYASƏT

“Daha güclü, demokratik Azərbaycan quracağıq”

<font color=red><b>“Daha güclü, demokratik Azərbaycan quracağıq”</b></font>

BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı məntəqəsində səs verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev və xanımı 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs veriblər.
Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran prezidentliyə namizəd qeyd edib ki, bu günədək seçkilərin demokratik keçirilməsinə maneə yarada biləcək hər hansı bir qanun pozuntu ilə qarşılaşmayıb: “Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Millətimiz və dövlətimiz üçün xeyirli olsun”.

BAXCP-nin seçki qərargahı


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv