Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
SİYASƏT

Heç vaxt bu qədər güclü olmamışıq – İlham Əliyev

<b>Heç vaxt bu qədər güclü olmamışıq – İlham Əliyev</b>

Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir.
Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirilən seçkilərdə böyük üstünlüklə qalin gəlməsindən sonra xalqa müraciətində deyib. Prezident bildirib ki, biz daha güclü olmalıyıq:
“Güclü olmaq üçün daha güclü iqtisadiyyat qurmalıyıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik”.
Azərbaycan dövlətinin heç vaxt bugünkü qədər güclü olmadığını bildirən İlham Əliyev vurğulayıb ki, biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq:
“Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!"









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv