Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
SİYASƏT

Demokratik seçkinin şahidi olduq – Alimov

<b>Demokratik seçkinin şahidi olduq – Alimov</b>

Biz Xarici İşlər Nazirliyinin dəvəti ilə aprel ayının 5-dən Azərbaycana dəvət edilmişik

09:39

Aprel ayının 11-də ölkədə keçirilən prezident seçkilərini müşahidə etmişik. Bizim 16 nümayəndəmiz seçkiləri izləyib. Proses olduqca sakit və qaydalara uyğun şəkildə keçirilib. Biz məntəqələrdə olduq, seçicilərin səsvermə hüquqlarından istifadə edərək prosesdə iştirak etməsini izlədik. Əvvəlcə biz Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, MSK-nın rəhbərliyi ilə görüş keçirmişdik. Daha sonra monitorinqlər keçirdik. Ölkədə seçkinin demokratik keçirilməsinin şahidi olduq.
Bunu aprelin 11-də keçirilən prezident seçkilərində iştirak edən Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi Rəşid Alimov deyib.
Alimovun sözlərinə görə, əsasə diqqət çəkən məqam seçki məntəqələrində kameraların yerləşdirilməsi idi:
“Bu, seçki prosesinin şəffaf izlənilməsi üçün vacib idi. Seçicilərin barmaqlarına görünməz sprey vurulurdu ki, bu, birbaşa seçki qaydalarının pozulmasının qarşısını almaq üçün ideal üsuldur. Biz seçki bitənə qədər öz müşahidəçilərimizlə prosesi izlədik. Daha sonra gecə yarısına qədər səslərin hesablanması prosesində də iştirak etdik. Bütün bunlarla yanaşı MSK rəsmi saytında müntəzəm olaraq nəticələrin yenilənməsi də operativliyi sübut edir. Ölkədə seçicilərin təhlükəsizliyini təmin etmək məqsədilə polislərin gücləndirilmiş iş rejimində çalışması da təqdirəlayiqdir. 3 mindən çox müşahidəçinin hər biri xüsusi təlim keçmiş insanlar idi. Biz bu faktı diqqətdən kənar qoya bilmərik. Yekun olaraq Şanxay müşahidəçiləri adından onu deyə bilərik ki, Azərbaycanda keçirilən seçkilər olduqca demokratik, dürüst və şəffaf şəkildə keçirilib. Azərbaycan xalqını təbrik edir, onun suverenliyinin, iqtisadi-siyasi uğurlarının artmasını arzu edirik".
“Biz Gəncədə keçirilən seçki prosesini izlədik. Eləcə də Sumqayıtda müşahidə aparmaq şansımız oldu. Ümumilikdə seçki prosesi sakit və normal şəkildə davam etdi. Yekun nəticələrin hesablanması zamanı orda olduq”.
Bunu Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisi Bəxtiyar Qatırov deyib.
“Hətta seçki məntəqəsinə gələn bəy və gəlin bizim diqqətimizi çəkdi. Biz birinci elə bildik ki, seçki məntəqəsində toy edirlər. Sonra anladiq ki, vətəndaşlar bu gün şad günlərində öz səsvermə hüquqlarından istifadə etmək üçün məntəqəyə gəliblər. Bu isə xalqın azad seçki hüququnun olduğunu bir daha sübut edir".
Şanxay Əməkdaşlıq Təşkilatının digər müşahidəçisi Aleksandr Başkin güclü rəqabətin olduğunu deyib:
"Mən öz adımdan deyə bilərəm ki, rəqabət güclü olub. Seçimlər ədalətli şəkildə aparılıb. Yekunda səsləndirilən rəqəmlər seçkinin şəffaf şəkildə aparılmasına işarədir. Mərkəzi Seçki Komissiyasında da hesablanmalar da şəffaf aparılıb. Xalqı seçkilərlə bağlı təbrik edirəm".
Şanxay Əməkdaşlıq Təşkilatının Pakistandan olan nümayəndəsi Kaysar İrşad seçkilərdə namizədliyini irəli sürən şəxslər arasında aparılan rəqabətin təqdirə layiq olduğunu deyib:
“Bu çox gözəl təsir bağışlayırdı. Seçicilərin sakit və yüksək əhval ruhiyyə ilə məntəqələrə gəlməsi, öz namizədinə səs verməsi məni sevindirdi. Sağlam rəqabət anlayışının olduğu seçimlərdə hər zaman ədalət bərqərar olur. Ədalət isə ilk növbədə xalqın rifahının yaxşılaşdırılmasına həsr edilir".
Azadlıq və Demokratiya Fondunun Seçki Müşahidə Missiyası Mərkəzinin ispaniyalı nümayəndəsi Pere Masias Arau da seçkilər prosesinin demokratik keçirildiyini deyib
Pere Masias Arau seçki gününün sakit və dinc keçdiyini bildirib:
“Səsvermə prosesinin adekvat olması və beynəlxalq standartlara uyğun təşkil edilməsi müşahidə edilib. Seçki məntəqələrinə giriş azad və müdaxiləsiz olub. Müşahidəçilər seçki qutularına və səsvermə materiallarına heç bir maneə olmadan nəzarət edə bilib. Səsvermənin gizliliyi qorunurdu. Səslərin sayılması prosesi qaydalar gözlənilməklə aparılıb. Missiya hər hansı mühüm problem müşahidə etməyib".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv