Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
DÜNYA

Pompeoya Ərdoğanın fotosu göstərildi: ABŞ niyə orda deyil?

<b>Pompeoya Ərdoğanın fotosu göstərildi: ABŞ niyə orda deyil?</b>

ABŞ Dövlət katibliyinə namizəd Mayk Pompeonun vəzifəyə təsdiqi üçün Senatda dinləmələr başlayıb

Axar.az xəbər verir ki, demokrat Robert Menendez Pompeonun Xarici İşlər Komissiyası qarşısında çıxışı zamanı Ankaradakı Suriya zirvəsində Ərdoğan, Putin və Ruhaninin birgə çəkilmiş fotosunu göstərək, belə bir sual ünvanlayıb:
“Mənə bu fotodakı problemin nə olduğunu deyə bilərsinizmi? Bu üç lider Suriyada olacaqlardan danışırlar və ABŞ orada deyil. Bu, müttəfiqimiz İsrailə necə təsir edə bilər?”
Pompeo Menendezin sualına cavab olaraq bildirib ki, hər 3 lider Suriyanı parçalamaq üçün bir araya gəlib:
“Bir sıra problemlərin həlli üçün diplomatik səylər göstərməliyik. Onlar Suriyanı hansı formada bölüşdürəcəklərini danışmaq üçün toplaşmışdılar. Buna görə ABŞ tərəfi də müzakirələrdə iştirak etməlidir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Dövlət katibi Reks Tillersonu istefaya göndərib. Tramp Tillersonun yerinə bu vəzifəyə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonun namizədliyini irəli sürüb.
Pompeo Senatda təsdiqlənəndən sonra vəzifəsinin icrasına başlayacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv