Son xəbərlər
21 SENTYABR
20 SENTYABR
19 SENTYABR
SİYASƏT

“Hesabat ikili standartlara əsaslanır”

<font color=red><b>“Hesabat ikili standartlara əsaslanır”</b></font>

ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu

Çünki ikili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Çingiz Qənizadə bildirib ki, ATƏT-in dünənki açıqlaması əvvəlcədən hazırlanmış bir layihə idi. Onlar sadəcə hazır kağızı oxumağa başladılar. Mən dərhal söhbətin heç də Azərbaycanda keçirilən seçkilərdən deyil, başqa məsələlərdən getdiyinin fərqinə vardım. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir.
“Hesab edirəm ki, bu cür açıqlamaların aprelin 11-də keçirilmiş prezident seçkilərinə heç bir təsiri ola bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır, Azərbaycan xalqı öz seçimini etdi. Biz seçki məntəqələrində insanların kütləvi şəkildə gələrək səs vermələrinin şahidi olduq. Seçkilərdən əvvəl gedən proseslərdə də obyektiv, ədalətli bir mühitin yaradılmasının şahidi olmuşduq, bunları danmaq mümkün deyil. Mən ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının dünənki qərəzli hesabatını kəskin şəkildə pisləyirəm”, - deyə Milli Məclisin deputatı vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv