Son xəbərlər
17 İYUL
16 İYUL
HADİSƏ

Nazir rəisi cəzalandırdı, serjantı işdən qovdu – Səbəb

<b>Nazir rəisi cəzalandırdı, serjantı işdən qovdu – Səbəb</b>

Bakıda turistlə bağlı yol verilən qeyri-qanuni hərəkətə görə yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb

Report-un xəbərinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə polis orqanlarından xaric edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsasız pul tələb edənlərin cəzalandırılacağını bildirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv