Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Tramp Putinin savaşına qoşuldu: zərbə hardan endirilir?

<b>Tramp Putinin savaşına qoşuldu: zərbə hardan endirilir?</b>

Ukraynada Rusiya ilə hibrid müharibədən 2014-cü ilə bəhs edirdilər, amma Krım və Donbasla o, əsl müharibəyə çevrildi. ABŞ isə hələlik bu prosesə (hibrid müharibəyə - red.) indi qoşulub

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Novaya vremya” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, müttəfiq qüvvələrin Suriyada Əsədin bazalarını məhv etməsi Trampın bu müharibədə atdığı ilk addımdır:
“ABŞ-a qarşı müharibənin – hibrid və ya III Dünya müharibəsinin aparılması anlayışı Vaşinqtona hələ indi gəlib çatıb. Bu müharibədə iqtisadi metodlarla qalib gəlmək istəyirlər. Suriyada güc nümayişi istisna olan addımdır.
Soyuq müharibədə olduğu kimi, ABŞ hazırkı Putin Rusiyasının qüvvələri ilə üstünlüyünün daha aydın olduğu yerlərdə rəqabətə hazırlaşır. Belə ki, iqtisadi sferada ABŞ Putin Rusiyasını üstələdiyinə görə hibrid müharibədə məhz bu rıçaqlardan istifadə ediləcək”.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv