Son xəbərlər
21 APREL
20 APREL
19 APREL
18 APREL
DÜNYA

Rusiyada daha bir ticarət mərkəzi yandı

<b>Rusiyada daha bir ticarət mərkəzi yandı</b>

Rusiyanın Arxangelsk əyalətinin mərkəzi hissəsində yerləşən “Fokus” ticarət mərkəzində yanğın baş verib

Axar.az xəbər verir ki, ikinci çətinlik dərəcəsində göstərilən yanğının söndürülməsi üçün əraziyə 30 yanğınsöndürmə əməkdaşı cəlb olunub.
Məlumata görə, əvvəlcə binada olan 6 nəfər təxliyə edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Arxangelsk Şəhər İdarəsinin məlumatına görə yanğın artıq söndürülüb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın Kemerovo bölgəsində “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğın zamanı 64 nəfər dünyasını dəyişmişdi.




Xəbər - 22 dəfə oxundu







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv