Son xəbərlər
17 İYUL
16 İYUL
DÜNYA

Rusiyanı böhran bürüyür, rubl çökür - Smit

<b>Rusiyanı böhran bürüyür, rubl çökür - Smit</b>

Rusiyanın fond bazarının çökməsi investorların diqqətini cəlb etməməlidir

Moskva və Vaşinqton arasında çətin geosiyasi situasiyada ABŞ-ın hansı şirkətə zərbə vuracağını demək çox çətindir.
Axar.az xəbər verir ki, bu iddia ilə amerikalı iqtisadçı Con Pol Smit çıxış edib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə rublun kursu tutqun olaraq qalacaq:
“İstənilən şirkət ABŞ tərəfindən hədəf seçilə bilər. Bu isə öz növbəsində böyük nəticələrə səbəb ola bilər. İnvestorlar Rusiya dövlətinin müəyyən aktivlərinə yatırımda diqqətli olmalıdırlar. Tezliklə, bu ölkədə maliyyə böhranı başlayacaq ki, bu da yerli valyutanın devalvasiyasına şərait yaradacaq”.
Qeyd edək ki, Smit 1998-ci ildə Rusiyanın defoltunu proqnozlaşdıran şəxs kimi tanınır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv