Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
SOSİAL

Hazırlıq kursları təşkil etmirik – DİM-dən açıqlama

<b>Hazırlıq kursları təşkil etmirik – DİM-dən açıqlama</b>

Abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün hər hansı hazırlıq kursu təşkil edilmir

Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
DİM tərəfindən yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir.
“Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir”,- məlumatda qeyd olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv