Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
TÜRK DÜNYASI

“Türkiyə-Azərbaycan təhsil körpüsü“ adlı konfrans keçirilib

<font color=red><b>“Türkiyə-Azərbaycan təhsil körpüsü“ adlı konfrans keçirilib</b></font>

Sona Vəliyev: "İstərdim ki, Türkiyə universitetləri qəbulu "Kaspi"də keçirsin"


"Bizim bir çox ölkələrin nüfüzlu universitetləri ilə sıx əməkdaşlığımız var".
Bu sözləri Bakıda "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı təhsil konfransında çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib.
Sona Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi fikirləri xatırladıb: "Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir. Əgər, istəyirsizsə bir millətin gələcəyi möhkəm olsun, onun təhsilinə fikir vermək lazımdır" - deyə bildirib. Prezident İlham Əliyev də "qara qızıl"ın insan kapitalına çeviləçəyi tezisini irəli sürüb.
Mən üzümü türkiyəli qonaqlara tutaraq deyirəm ki, təhsil üçün gəldiyiniz Azərbaycan sizin doğru məkanınızdır".
Sona Vəliyeva qeyd edib ki, "Kaspi" şirkəti bir çox ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq qurub: "Xarici ölkələrin müxtəlif yerlərinə oxumaq üçün göndərdiyimiz tələbələr artıq təhsil alıb qayıdaraq bizimlə çiyin-çiyinə çalışırlar.
Əminəm ki, Türkiyə ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı daha sürətlə inkişaf edəcək. Çox istərdim ki, Türkiyə universitetləri öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər. Çünki müxtəlif ölkələrdə təhsil alan tələbələrimizin taleyi ilə daim maraqlanırıq. Təhsillərini başa vurduqdan sonra onları taleyini düşünürük. Bu mənada birgə işimiz yaransa, şad olarıq".
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Türkiyədə 125 min azərbaycanlı təhsil alıb: “Hazırda Türkiyədə unversitetlərdə təhsil alan 14 mindən çox azərbaycanlı var. Biz Türkiyə səfirliyi olaraq əlaqələrimizi gücləndirməyə hazırıq”.
"Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva çıxışı zamanı bildirib ki, "Kaspi" şirkəti bir çox ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri yaradıb: “Xarici ölkələrin müxtəlif yerlərinə oxumaq üçün göndərdiyimiz tələbələr artıq təhsil alıb qayıdaraq bizimlə çiyin-çiyinə çalışırlar. Əminəm ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığında inkişaf daha sürətlə davam edəcək. Çox istərdim ki, Türkiyə universitetləri öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər”.
Tədbirdə çıxış edən akademik Urxan Ələkbərov bildirib ki, dünyanın inkişaf edən ölkələrində bilik, bacarıq liderliyi təmin edir: “Azərbaycan respublikası öz müstəqliyni 27 il bundan əvvəl bərpa edib. İlk illərin çətin şəraitdə keçməsinə baxmayaraq, biz böyük nəticələr əldə etmişik. Beynəlxalq statistikaya baxsaq, davamlı inkişaf, ümumidaxili məhsulun artması və bir çox göstəricilərə görə Azərbaycan bu gün dünya ölkələri sırasındadır. Şübhəsiz ki, təhsil sahəsində böyük işlər görülüb. Mən bu işdə “Kaspi” şirkətinin əməyini xüsusi ilə qeyd etmək istəyirəm. Biz əsasən dövlək idarəçilik sahəsində kadrlar hazırlayıq. Türkiyənin təhsil ocaqları ilə əlaqələrimiz var və böyük nəticələr əldə etmişik”.
Türkiyənin Altınbaş Universitetinin təsisçisi Alı Altınbaş bildirib ki, təsisçisi olduğu universitet dünya universitetləri ilə yarışa biləcək səviyyədədir: "Türkiyə ilə Azərbaycanın təhsil əlaqələrinin böyük tarixi var. Hazırda 14 min azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Hazırda türkiyənin təhsil sistemi dünya təhsil sistemi ilə rəqabət aparacaq bir səviyyədədir. Bu baxımdan, Türkiyə universitetlərində təhsil alan tələbələr elmin bütün sahələrinə yiyələnə bilərlər”.
Alı Altınbaş təhsil əlaqələrinin təkcə bakalavriat və magistr pillələri ilə məhdudlaşmadığını bildirib: “Azərbaycanlı tələbələr həmçinin Turkiyə ali məktəblərində doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”.
Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, təhsil almaq, bir peşənin sahibi olmaq hər bir insan üçün vacibdir: “Bütün dünyada təhsil mühüm rol oynayır. Bizim gənclərimiz dünyanın istənilən nüfuzlu univeristetlərinə qəbul olurlar. Türkiyədə yaşayan insanların milli mənəvi dəyərləri, dünyaya baxışı, mövqeyi də bizim adət ənənəmizə çox yaxındır. Tövsiyəm odur ki, təhsil alan zaman elə ölkələr seçin ki, Azərbaycana qayıdanda dövlətimizin inkişafında əlinizdən gələni edəsiniz”.
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu tədbirin təhsildə böyük rolu var: “Gənclərə bildirmək istəyirəm ki, Türkiyə dövlətində təhsil almaq üçün “Kaspi” şirkətinin yaratdığı imkandan istifadə etsinlər. Təhsil almaq mütləqdir. Çünki, o, istənilən yerdə sizin üzünüzü ağ edir. Bu nöqteyi nəzərdən Türkiyə ilə bu sahədə əməkdaşlığımızın böyük əhəmiyyəti var. Prezident İlham Əliyev andiçmə mərasimində çıxışında söylədi ki, biz iki sahəyə böyük vəsait ayrırıq. Onlardan biri təhsil sahəsidir. Bu, təhsilə verilən diqqətin önəmini göstərir”.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov bildirib ki, “Bir millət, iki dövlət” sözünü daha da möhkəmləndirmək lazımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv