Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
TÜRK DÜNYASI

Ərdoğan uduzur: Türkiyənin siyasi sistemi çalxalanır

<b>Ərdoğan uduzur: Türkiyənin siyasi sistemi çalxalanır</b>

Türkiyə əhalisinin 43,5%-i prezident seçkisində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək

Axar.az xəbər verir ki, bu nəticə “Gezici” araşdırmalar mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Mərkəz Ərdoğandan sonra ən böyük dəstəyin Maral Akşənərə (18,6%) verildiyini bildirib. Ondan sonrakı yerləri isə Əhməd Türk (11,1%), Kamal Kılıçdaroğlu (9,7%), İlker Başbuğ (9,5%), Abdullah Gül (5,3%), Temel Qaramollaoğlu (1,5%), İlhan Kəsici (0,5%) tutub.
Sorğuya əsasən, prezident seçkisi ikinci tura qalacağı təqdirdə əsas mübarizə Ərdoğanla Akşənər arasında gedəcək. Bu zaman Ərdoğanın səs faizi 45,6%, Akşənərdə isə 41,8% olacaq. Ortada 12,6%-lik səs bitərəf qalacaq.
Türklərin dəstəklədiyi partiyaya gəldikdə, burada da müəyyən dəyişikliklər müşahidə edilib. Belə ki, əhalinin 45,8%-i hələ də Ədalət və İnkişaf Partiyasına güvəndiyini bildirib. Əvvəlki dönəmlərə baxdıqda, Ərdoğanın partiyası ciddi səs itkisinə məruz qalıb. Eyni aqibətlə Cümhuriyyət Xalq Partiyası da üzləşib. Partiyanın dəstəkçilərinin sayı 19,7%-ə qədər azalıb.
Ən böyük azalmanı Milliyətçi Hərəkat Partiyası (7%) və Xalqların Demokratik Partiyası (9,7%) nümayiş etdirib.
Ən böyük artım isə İYİ Partiyasında müşahidə edilib. Partiyanın dəstəkçilərinin sayı 16,3%-ə yüksəlib.
Sorğunun nəticələri ilə bağlı “Sözcü” qəzetinə açıqlama verən şirkətin rəhbəri Murad Gezici CHP-nin bu seçkidə doğru namizəd ortaya çıxarmayacağı təqdirdə məğlub olacağını bildirib:
“Əkmələddin İhsanoğlu CHP-nin namizədi olanda seçkiyə 26% şəxs qatılmamışdı. Bunun 78%-ni CHP-çilər təşkil edirdi. CHP əgər Kamal Kılıçdaroğlu və ya İlkər Başbuğu namizəd göstərsə, seçki ikinci tura qalacaq.
İYİ Partiyası 2007-2009-cu illərdə AKP, CHP və MHP-nin aralarında böldüyü sağ mərkəzçi səsləri öz yanına yığmağa başlayıb. Hazırda AKP-nin 17% özünə sadiq olmayan, məcburiyyətdən AKP-yə yönələn dəstəkçisi var. Bunların iqtidar partiyasından qopma ehtimalı yüksəkdir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv