Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
İQTİSADİYYAT

Ankaradan Bakıya jest: Rüsum ləğv edilir

<b>Ankaradan Bakıya jest: Rüsum ləğv edilir</b>

Türkiyə Azərbaycanla perefensial (imtiyazlı) ticarət haqqında sazişin tezliklə imzalanmasına ümid edir

Axar.az xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.
Nazirin sözlərinə görə, 2017-ci ildə (Türkiyə tərəfinin məlumatına əsasən) Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi il ərzində 10 faiz artım göstərərək 2.7 milyard dollar olub. Türkiyənin ölkəmizə ixracı 1,35 milyard dollar, Azərbaycandan idxal isə 1,34 milyard dollar təşkil edib.
“Bizim ticarət dövriyyəmiz balanslaşdırılıb. Ticarət əlaqələrimizi genişləndirə biləcəyimizə inanıram. Buna görə də, Azərbaycanla güzəştli ticarət haqqında razılaşmaya və sazişin imzalanması üçün aparılan danışıqlara böyük əhəmiyyət veririk”, - nazir bildirib.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində iki ölkə preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu imzalanmışdı.
Müqavilə Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə görə gömrük rüsumunun sıfır dərəcəsinin tətbiq olunmasını nəzərdə tutur. Ötən ilin oktyabr ayında Türkiyə Naxçıvan Muxtar Respublikasından gətirilən malları da gömrük rüsumundan azad edib. Ümumilikdə siyahıda 43 adda məhsul (13 kənd təsərrüfatı məhsulları, 30 sənaye məhsulu) daxil edilmişdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv