Son xəbərlər
24 İYUN
22 İYUN
21 İYUN
20 İYUN
İQTİSADİYYAT

Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

<b>Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib </b>

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. Rusiya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb. Azərbaycan və Rusiya tərəfindən bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu, iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22% artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I rübündə də davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 32%, Azərbaycanın Rusiyaya ixracı isə 50%-dək artıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində mühüm addımdır. Azərbaycan şirkətləri Rusiyada keçirilmiş “Worldfood Moscow” və “Prodexpo” sərgilərində vahid ölkə stendi ilə təmsil olunub, bu ölkəyə ixrac missiyası təşkil edilib, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə “Rossiya 24” kanalında Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair video çarxlar nümayiş olunub. Nazir Şahin Mustafayev qarşıdakı 5 ildə istehsal ediləcək yerli məhsullara dair Rusiya tərəfinə məlumat təqdim edildiyini və ölkəmizin yaxın 5 ildə Rusiyaya ixracının 3 dəfə artırılmasının hədəf olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb.
Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi də ölkələrimiz arasında əməkdaşlığın önəmli istiqamətlərindəndir. 2018-ci ilin sonunda əczaçılıq zavodunda qablaşdırma xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, Hacıqabul Sənaye Məhəlləsində kiçik tonnajlı “QAZ” avtomobillərinin yığılması barədə razılıq əldə edilib. Hazırda Samur çayı üzərində yeni körpünün tikintisi uğurla davam edir və tikinti işlərinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.
Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məlumat verən nazir Şahin Mustafayev Azərbaycanın bu dəhlizin yaradılmasına böyük töhfə verdiyini, artıq dəhlizin Azərbaycan hissəsində işlərin başa çatdığını, Rəşt-Astara hissəsinin maliyyələşdirilməsində ölkəmizin iştirak edəcəyini vurğulayıb. Bildirilib ki, hazırda dəhlizin İran hissəsində terminalın yaradılması işləri aparılır.
Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini vurğulayıb. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var. Maksim Oreşkin yaxın bir neçə ildə Azərbaycan məhsullarının Rusiyaya ixracının bir neçə dəfə artırılacağına əminliyini bildirib və bunun üçün müvafiq imkanların olduğunu qeyd edərək əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə ticarət əlaqələrinin genişləndirilməsinə, gömrük-sərhəd prosedurlarının sadələşdirilməsinə, Azərbaycan-Rusiya sərhədində aksiz-gömrük postunun yaradılmasına, Sumqayıt Texnologiyalar Parkında neft maşınqayırmasının təşkilinə, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan, Rusiya və İran arasındakı əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılmasına, kənd təsərrüfatı, vergi, maliyyə, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişlənməsinə dair müzakirələr aparılıb.
Görüş çərçivəsində Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi ilə Rusiyanın “Şimali Qafqaz kurortları” ASC arasında əməkdaşlığa və təcrübə mübadiləsinə dair Saziş, həmçinin Rusiyanın “QAZ” ASC və Azərbaycanın “Azərmaş” ASC arasında kiçik tonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalanıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv