Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
İQTİSADİYYAT

“Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib

<b>“Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib</b>

Aprelin 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Sahibkarların sosial məsuliyyəti və kiçik biznesin inkişafında rolu” mövzusunda konfrans keçirilib

Konfransda çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində görülən işlər, sistemli və ardıcıl islahatlar barədə məlumat verib. Azərbaycanda startapçıların dəstəklənməsi, sahibkarlıq ekosisteminin inkişafı, biznes-ideyanın reallaşdırılması sahəsində dövlət dəstəyi tədbirlərini vurğulayb. Elçin İbrahimov dövlət başçısının iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstəyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən ardıcıl işlərin aparıldığını bildirib. Diqqətə çatdırılıb ki, iri şirkətlərin kiçik biznesə, ailə biznesinə dəstək göstərməsi çərçivəsində Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Gazelli Group” MMC-nin və Bakı Tekstil Fabrikinin regional təlim-tədris mərkəzləri yaradılmışdır. Bu mərkəzlərdə gənclər ödənişsiz əsaslarla təlim kursları keçəcək, müxtəlif peşələrə yiyələnəcəklər. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorunda isə bu gənclərə biznesin təşkili, marketinq və s. üzrə məsləhət xidmətləri göstəriləcəkdir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Samir Nemətov rayonda reallaşdırılan layihələr barədə məlumat verib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun və təlim-tədris mərkəzlərinin regionda sahibkarlığın, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafına töhfə verəcəyini qeyd edib, məşğulluğun artırılmasında əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Gazelli Group” MMC-nin və Bakı Tekstil Fabrikinin nümayəndələri çıxışlarında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində biznes inkubatorların rolu, əhalinin sosial cəhətdən həssas qruplarının özünüməşğulluq proqramında iştirakının təmin edilməsi, qadın sahibkarlığın inkişafı sahəsində yaradılmış imkanlar, iri şirkətlərin sosial məsuliyyəti barədə danışıblar.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator iştirakçıları və gənclər çıxış edərək həyata keçirilən tədbirlərin gənclərin məşğulluğunun artırılmasında, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əhəmiyyətini vurğulayıb, ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə dövlət başçısına təşəkkür edilər.
Sonda tədbir iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış regional təlim-tədris mərkəzləri, biznes inkubator iştirakçısı olmuş Pərviz Musayevin Quba rayonunun İqriq kəndində yaratdığı aqlay üzlük daş istehsalı müəssisəsi, eləcə də kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv