Son xəbərlər
18 SENTYABR
17 SENTYABR
14 SENTYABR
TÜRK DÜNYASI

Elçibəylə bağlı prezidentə müraciət ediləcək

<b>Elçibəylə bağlı prezidentə müraciət ediləcək</b>

Bu gün “ ƏBÜLFƏZ ELÇİBƏY-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib. Toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb. İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriəcəyi yer kimi Heydər Əliyev adına Respublika Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.
Sonda İşçi Qrup əsası 1999-cu ildə, Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, “24 aprel-Bütov Azərbaycan Gənclər Günü” münasibəti ilə Azərbaycan gənclərini təbrik edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv