Son xəbərlər
15 OKTYABR
12 OKTYABR
11 OKTYABR
SOSİAL

Təhsil naziri: “Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib“

<b>Təhsil naziri: “Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib“</b>

"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib"

APA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".