Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Pensiyaları tənqid edənlərə nazirlikdən cavab

<b>Pensiyaları tənqid edənlərə nazirlikdən cavab</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda pensiyaların miqdarını tənqid edənlərə cavab verib

Bu barədə Axar.az-a açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, ölkədəki ekspertlər ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar.
E.Babayev bildirib ki, Azərbaycanın pensiya qanunvericiliyi dünya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır:
“Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır. Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.
Bu sistem sığorta prinsiplərinə əsaslanır. Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir.
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır”.
E.Babayev bildirib ki, təəssüf ki, Azərbaycandakı bəzi ekspertlər sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tutur.
Nazirlik sözçüsü bildirib ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur:
“Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib.
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub. Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb.
Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv