Son xəbərlər
18 NOYABR
16 NOYABR
15 NOYABR
14 NOYABR
MƏDƏNİYYƏT

Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı baş tutacaq

<b>Kaliforniyada Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı baş tutacaq</b>

Mayın 6-da Kaliforniya Ştatında Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışı baş tutacaq

Mərkəzin azərbaycanlı rəhbəri Sevinc Səfərova açılışa "Azərbaycan gecəsi” ilə start verəcək.
Mərkəzin prezidenti - azərbaycanlı yazar, prodüser Sevinc Səfərova Los-Ancelesdə yaşayan azərbaycanlıların İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı sevinc hissi yaşadıqlarını və onun uzaqgörən siyasətinin dəstəklənməsi münasibəti ilə gecədə çıxışlar təşkil olunacağını bildirdi: "Cənab İlham Əliyevi yenidən prezident seçildiyi üçün yazılı olaraq təbrik etmişəm və bu gecədə qonaqlarımızla birlikdə ona öz təbriklərimizi ünvanlayacağıq. "Azərbaycan gecəsi"ndə Amerikanın nüfuzlu televiziyaları iştirak edəcək. Bununla yanaşı, tədbirdə siyasət, eyni zamanda tanınmış iş adamlarının iştirakı da nəzərdə tutulub. Hollivudun media nümayəndəliyinin də qatılacağı gecədə qonaqlar Azərbaycan mədəniyyəti, mətbəxi ilə yaxından tanış olacaqlar”.
Mərkəzin prezidenti Sevinc Səfərova "Azərbaycan gecəsi"ni keçirməkdə əsas məqsədin Qarabağı unutdurmamaq və onun tarixini, mədəniyyətini amerikalılara çatdırmaq olduğunu dedi. "Azərbaycan gecəsi"nin keçirilməsində əsas dəstəkçi Şəmi Mafi, sponsor isə tanınmış Kəngərlilərin davamçısı həkim Cyrs Kengerlidir. O, CK Global trening Holdinginin rəhbəridir.
S.Səfərova dəstəyə görə Kəngərli ailəsinə dərin təşəkkürünü bildirir: "Cyrs Kengerli Azərbaycan kökənlidir. Böyük nəslin davamçılarındandırlar. Nəsilləri də qarabağlıdır. Bir tərəfi isə Naxçıvana və İrəvana gedib çıxır. Onlar Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunmasında çox maraqlıdırlar. Onlarla işlədiyim üçün özümü şanslı hesab edirəm”.
Gecənin sponsorlarından olan xanım Şəmi Mafi açıqlamasında bu layihəni təşkil etməkdə əsas məqsədlərinin Azərbaycanın ABŞ-da tanınmasına zəmin yaratmaq olduğunu vurğulayır: "Çox istərdik ki, Azərbaycan sənətçiləri Amerikada tanınsın, Azərbaycanla Amerika arasındakı turizm əlaqələri genişlənsin. Biz "Azərbaycan gecəsi”nin Azərbaycanın iqtisadi inkişafına da qatqısı olacağını düşünürük. Gecədə iştirak edən nüfuzlu iş adamları ola bilsin ki, gələcəkdə Azərbaycanda müəyyən bir biznes qurub, sərmayə yatırdılar. Böyük mənada hədəfimiz Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaqdır. Mərkəzin açılışında ilk tədbirimizin məhz "Azərbaycan gecəsi" olması da təsadüfi deyil”.
Açılış mərasimində Maestro Shahbal Shabpareh, Rəhman Əsədullahi, gənc və gözəl səsə malik Cana Mafi, skripkada Elvina Qurbanova və vokalda Nail Qurbanov çıxış edəcəklər.
Tədbirdə milli yeməklərimiz, şirniyyatlarımız qonaqlara təqdim olunacaq. Gecədə Azərbaycan konsulluğunun iştirakı gözlənilir. Gecənin təşkilati dəstəyi İran Yəhudi federasiyanın rəhbəri həkim Kamran Brukhimiyə məxsusdur.
Qeyd edək ki, 6 mayda Kaliforniyanın Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışında yazar Sevinc Səfərovanın "Sin” adlı kitabının təqdimatı da gerçəkləşəcək.


photoslide_title photoslide_title







FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv