Son xəbərlər
19 AVQUST
18 AVQUST
17 AVQUST
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
SOSİAL

Müəllimlərin yeni imtahanının vaxtı açıqlandı

<b>Müəllimlərin yeni imtahanının vaxtı açıqlandı</b>

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün diaqnostik qiymətləndirmənin keçiriləcəyi tarix açıqlanıb

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov APA-ya deyib ki, növbəti diaqnostik qiymətləndirmə mayın 20-dən sonra keçiriləcək.
E. Bağırov bildirib ki, növbəti diaqnostik qiymətləndirmədə hər bir müəllim iştirak edə bilər.
Qeyd edək ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.
Xatırladaq ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv