Son xəbərlər
16 AVQUST
15 AVQUST
14 AVQUST
13 AVQUST
12 AVQUST
10 AVQUST
08 AVQUST
MEDİA

ABŞ-ın düşməni Rusiya yox, 21 trilyon borcdur - KİV

<b>ABŞ-ın düşməni Rusiya yox, 21 trilyon borcdur - KİV</b>

ABŞ-ın əsas düşməni nə Rusiya, nə də Çindir. ABŞ-ın əsas düşməni onun dövlət borcudur

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nəşnl İnterest” jurnalı çıxış edib. Jurnalın iddiasına görə, ABŞ getdikcə texniki defolta yaxınlaşır:
“Borc məsələsinin həlli üçün iki variant mövcuddur. Bunlar məcburi xərclərin ixtisarı və vergi daxilolmalarını artırmaqdır. Lakin hər iki variant Konqres tərəfindən bloklanacaq. Sosial xərclərin saxlanılması üçün yeganə imkan defisit və borcun görməzdən gəlinməsidir. Belə olan halda isə ən yaxşı vəziyyətdə 2019-cu ildən 2023-cü ilə qədər müdafiə və sosial xərclərin saxlanılması sayəsində defisit 30% artacaq. 10 il ərzində bu defisit 81% olacaq. Vaşinqton çalışacaq ki, yapon və çinli kreditorların hesabına borcunu restrukturizasiya etsin”.
Qeyd edək ki, bu ilin martında ABŞ-ın borcu 21 trilyon dollara çatıb. Bu, rekord göstərici sayılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv